Fuad Abbasov Bakıda – FOTObackend

Fuad Abbasov Bakıda – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan deportasiya olunmuş azərbaycanlı jurnalist Fuad Abbasov artıq Bakıdadır.

Editor.az APA-ya istinadən xəbər verir ki, onu gətirən təyyarə artıq Heydər Əliyev adına Hava Limanına enib.

Jurnalisti hava limanında ailə üzvləri, dostları və media nümayəndələri qarşılayıb.
Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyirdi. O, iki dəfə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməmişdilər.