DYP bir gündə qayda pozan 150 avtomobil aşkarladı – FOTObackend

DYP bir gündə qayda pozan 150 avtomobil aşkarladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri davam etdirilib.

Maarifləndirmə çərçivəsində Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşları da rayon ərazisində piyada keçidlərindən istifadə, qanunsuz parklanma, piyada səkilərində avtomobillərin qanunsuz saxlanılması və digər faktlara qarşı profilaktik tədbir keçirib.

Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati Təcrübə üzrə baş inspektoru, polis mayoru Elmar Əbilov bildirib ki, gün ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 200 nəfərdən artıq piyada müəyyən olunmuş yeraltı və yerüstü keçiddən istifadə etmədiyi üçün saxlanılıb.

Onun sözlərinə görə, həmin piyadalar keçiddən istifadə qaydaları və keçiddən istifadənin vacibliyi barədə təlimatlandırılıb:

“Tədbir çərçivəsində ödənilməmiş cəriməsi olan 85 avtomobil müəyyən edilərək saxlanılıb. Həmin sürücülərdən 68 nəfər dərhal cəriməni yerində ödədiyi üçün buraxılıb. Digər 17 sürücüyə isə xəbərdarlıq edilib. Ümumilikdə gün ərzində qayda pozan 1-dən artıq avtomobil saxlanılıb və onlar yol hərəkəti barədə təlimatlandırılıb.

//Trend