Bikinili şəklini paylaşıb, “Səni sevirəm, əzizim” yazdı – FOTObackend

Bikinili şəklini paylaşıb, “Səni sevirəm, əzizim” yazdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı balerina Anastasiya Voloçkova Maldiv adalarında istirahət edir.

Editor.az ölkə.az-a istinadən bildirir ki, Voloçkova sevgilisi ilə birlikdədir və onu hamıdan gizlədir. Balerina hələ də sevgilisinin üzünü göstərmir, sadəcə öz fotolarını paylaşıb.

Dünən isə çimərlikdən foto paylaşan balerina həm gözəl təbiəti, həm də bədənini nümayiş etdirib. Çimərlikdə isə o, təkdir.

Sudan çıxan Voloçkova dizi üstə çökür. O, fotoya “Mənim sevimli Maldivim. Mən onunla harmoniyadayam. Mən əla formadayam. Sevgi möcüzələr yaradır. Mən sevgilimlə 7 ay 10 gündür birlikdəyəm. Səni sevirəm, əzizim” sözlərini yazıb.