Paytaxt Kiyev başqa əraziyə köçürülür?backend

Paytaxt Kiyev başqa əraziyə köçürülür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenskinin tərəfdarları paytaxt Kiyevin başqa əraziyə köçürülməsini təklif ediblər.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ali Radanın “Müxalif platforma-Həyat üçün” partiyasından olan deputatı Vadim Rabinoviç bildirib.

“Ukraynanın paytaxtı Kiyevi başqa əraziyə köçürmək lazımdır. Bu, Zelenski partiyasının rəsmi bəyanatıdır”, – deyə Rabinoviç söyləyib.

O, paytaxtı məhz hansı əraziyə köçürmək istədiklərinə dair məlumatı olmadığını da sözlərinə əlavə edib.