Uşağın adını “Google” qoydular, soyad vermədilər – FOTObackend

Uşağın adını “Google” qoydular, soyad vermədilər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın cənubunda, Bekasi vilayətində yaşayan ailə yeni doğulmuş körpəsinə maraqlı ad seçib. Belə ki, ailə oğluna “Google” adını verib.

“Mirror” məlumat yayıb ki, ailə uzun müddət “Windows, “iPhone, “Microsoft və “iOS adları arasında seçim edib.

Nəhayət, 27 yaşlı Ella Karin və 31 yaşlı Endi Kahya cütlüyü uşağa soyad vermədən “Google“ adını qoymağa qərar verib.

“Oğlumun gələcəkdə “Google” qədər faydalı və zəkalı olub, insanlar üçün yaxşı işlər görəcəyinə ümid edirəm”, – Quqlun anası Ella Karina bildirib.

2018-ci ildə dünyaya gəlmiş uşağın adı barədə məlumat isə hələ bu günlərdə dünyaya yayılıb. Ailə uşağın adını gizlədərək hər kəsin yanında onu sadəcə “balaca” deyə çağırıblar.