Ötən gün Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü Bakıya gətirilib.
xəsarət alanlardan biri 1955-ci il təvəllüdlü Dövlətov Şakir Əhməd oğlu ötən gün təcili tibbi yardım avtomobili ilə Bakıya – 1 saylı Kilinik Tibbi Mərkəzə çatdırılıb.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, Ş.Dövlətov hazırda üst çənə şöbəsində müalicə alır. Ona çənə sınığı diaqnozu qoyulub, vəziyyəti stabildir.
Qeyd edək ki, ötən gün Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib .”LADA” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, iki nəfər isə dünyasını dəyişib.
//Trend