Türkiyəli əsgərlər Suriyada atəşə tutuldu – Rusiya attaşesi çağırıldıbackend

Türkiyəli əsgərlər Suriyada atəşə tutuldu – Rusiya attaşesi çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın İdlib şəhərində yerləşən Türkiyə Silahlı Qüvvələrinin 10 saylı müşahidə məntəqəsi atəşə tutulub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Məlumata əsasən, atəş məqsədli şəkildə açılıb. Türkiyə ordusu cavab zərbələri endirib.

Hücum nəticəsində bir türkiyəli əsgər ölüb, üç nəfər isə yaralanıb.

Yaralılar hadisə yerindən təxliyyə edildikdən sonra xəstəxanaya çatdırılıb.

Hücumla əlaqədar olaraq Rusiyanın Ankaradakı attaşesi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına çağırılıb. Ona bildirilib ki, Türkiyə hücumlara cavab olaraq sərt tədbirlər görəcək.

//Editor.az