“Gec, ya tez, “Barselona”ya qayıdacağam, amma…” – Qvardiola

13:20 | 28 İyun, 2019
İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola açıqlama verib.
Editor.az komanda.az-a istinadən xəbər verir ki, “Barselona” və Neymar haqqında danışan ispan mütəxəssis, Kataloniya klubuna geri dönəcəyini deyib:
“Gec, ya tez, “Barselona”ya qayıdacam, amma prezident olaraq deyil. Bunu unudun. Prezident olmaq üçün fərqli xüsusiyyətlərə sahib olmalısız. Mən sadəcə yaxşı bir məşqçi olmağa çalışıram.
Neymarın “Barselona”ya geri qayıdacağı ilə bağlı nəsə demək istəmirəm. Bu, mənimlə əlaqəli bir məsələ deyil. “Barselona”da çox vaxt keçirdim və deyəcəyim sözlərin səhv şərh edilməsini istəmərəm”.
“Ayaks”ın futbolçusu Matteys de Litq haqqında danışan mütəxəssis, “şəhərlilər”in transferləri ilə bağlı da açıqlama verib:
“De Liqt yaxşı futbolçudur. Onun hələ 19 yaşı var və onu transfer edən klub uzun illər yaxşı bir müdafiəçiyə sahib olacaq.
Transferlərə gəlincə, Marko Asensionu transfer etmək şansımız yoxdur. Rodriqonu isə dəqiq bilmirəm. O, mükəmməl futbolçudur. Bundan sonra nələr baş verəcəyini görəcəyik”.