“Burada yumurtanın biri 20 manatdır” – “Viləş”də gözlənilməyən hesabbackend

“Burada yumurtanın biri 20 manatdır” – “Viləş”də gözlənilməyən hesab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı sakini Yusif Məhəmmədoğlu Masallıya istirahətə gedən zaman “Viləş Palace Hotel”də qarşılaşdığı qiymətlərdən gileylənib.
Editor.az Axşam.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkədə bunla bağlı paylaşım edib və istirahət mərkəzində qiymətlərin od tutub yandığını, müştərilərə qəbz verilmədiyini yazıb.
“Masallı rayonunda yerləşən “Viləş Palace” MMC- də, yəni el dili ilə desək Viləş İstirahət Mərkəzində səhər yeməyi yedik. Şəkildə də gördüyünüz kimi 4 yumurta (1- i yeyilib), bir pendir və bir çaynik çay. Bu da edir 40 manat. Yediyimizə görə qəbz tələb etdik. Vermədilər və dedilər ki, otel yeməyə görə qəbz vermir. Deməli, bu da vergidən yayınmadır.
Sonra dedilər ki, səhər yeməyi bir adam üçün 10 manat, uşaqlar üçün isə ödənişsizdir. Belədirsə, deməli, biz 10 manat ödəməli idik. Axı deyirlər, uşaqlara pulsuzdur. Uşaqların anası da yeməyib.
3 yumurta ye və 40 manat ödə. Bəxtimiz orda gətirdi ki, biz orada nahar etmədik. Yəqin ki, 400 manat alacaqdılar. Yumurtanın biri 20 manat olan istirahət mərkəzində bir şiş kabab da 200 manat olar. Yazdım ki, məlumatınız olsun ki, yolunuz buralara düşsə, “Viləş”dən uzaq durun. Bizi aldatdılar, heç olmasa, siz aldanmayın” deyə, Y.Məhəmmədoğlu paylaşımına qeyd edib.