Bakıda gənc oğlanı ölümünə döyüb yolun kənarına atdılar – VİDEObackend

Bakıda gənc oğlanı ölümünə döyüb yolun kənarına atdılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 26 yaşlı oğlanın döyülərək küçəyə atılması hadisəsinin görüntüləri yayılıb.

Editor.az News24.az-a istinadən verdiyi məlumata görə, hadisə ötən gecə olub. Nizami rayonu ərazisində – hadisə metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında (Qara Qarayev prospekti) 1993-cü il təvəllüdlü Vəliyev Elçin Bəşir oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb. Sərxoş vəziyyətdə olan Elçini ölümcül hala salan şəxslər qaçıblar. Yolun kənarında hərəkətsiz vəziyyətdə qalan gəncin ətrafına xeyli insan toplaşıb və polisin köməkliyi ilə o, xəstəxanaya aparılıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Hadisə yerindən görüntüləri təqdim edirik.