backend

Bakıda qonşular arasında dava: Yarısı xəstəxanaya, yarısı polisə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda qonşular arasında düşən kütləvi dava xəsarətlə nəticələnib.
Hadisə Xətai rayonu, Naxımov küçəsi, Dənizçi 2 ünvanında qeydə alınıb.
1963-cü il təvəllüdlü Əliyeva Minarə Adışirin qızı və 1982-ci il təvəllüdlü oğlu Quliyev Sehran Tehran oğlu qonşuluqda yaşayan 4 nəfərlə hazırda məlum olmayan səbəbdən mübahisə edib.
Nəticədə ana və oğlu döyülərək xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Əraziyə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları cəlb edilib. Dava iştirakçıları bölməyə aparılıb.
İstintaq gedir.

///report