İnanılmaz üsulla həbsdən qaçanlar… – FOTObackend

İnanılmaz üsulla həbsdən qaçanlar… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada indiyədək müxtəlif yollarla həbsxanalardan qaçan məhkumlar olub.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, McNair adlı məhbus dodaq nəmləndiricisi sayəsində həbsdən qaçıb. O, kamerasında tapdığı kremi biləklərinə sürtərək qolundakı qandallardan xilas olub. Buna baxmayaraq, McNair polisdən çox gizlənə bilməyib. Fərari qısa zaman ərzində yenidən yaxalanıb.

Amma o, qaçmaq planını çox ertələməyib. Məhbus bir müddət sonra həbsxananın hava borusundan qaçıb. McNair bu qaçış planı sayəsində 10 il azadlıqda gəzib. O, bundan sonra mühafizə xidmətinin güclü olduğu həbsxanaya yerləşdirilib.  Buna baxmayaraq, McNair oradan da qaçıb. Burada poçt çantalarını təmir edən məhbus, böyük bir çantanın içinə girərək qaçışını reallaşdırıb. Təkrar yaxalanan fərari yenidən dəmir barmaqlıqlar arxasına göndərilib.

Con Dilinger adlı şəxs isə 1929-cu ildə bank soyğununa görə həbsə düşüb. O, təhlükəli məhbusların olduğu İndianada “Crown Point”‘ həbsxanasında cəza çəkib. Məhbus ayaqqabısını bir neçə saata yonub, ayaqqabı kremi ilə boyayaraq onu silaha bənzədib. Bu üsulla həbsxana nəzarətçilərini qorxudan Dilinger həbsxana müdirinin maşınında qaçıb. O, 1934-cü ildə getdiyi kinoteatrın çıxışında FBİ tərəfindən ölü olaraq ələ keçirilib. Dilingerin orada olduğunu xəbər vermişdilər.

1861-1963-cü illərdə həbsxana kimi istifadə edilən Alcatraz adasında Frank, Klerans və Con adlı üç məhkum qaldıqları kameranın betonunu deşiblər. Ardınca havalandırma borusu ilə qaçan məhkumlar öz imkanları daxilində hazırladığı qayıqla qaçmağı bacarıblar. Onlardan bir daha xəbər alınmadığından, fərari məhbusların San-Fransisko körfəzində boğularaq öldüyü düşünülür.