Rus deputat: Türkiyə bununla doğru qərar verdi

15:51 | 29 İyun, 2019

Türklərin bizim sistemlərimizlə bağlı (S-400 nəzərdə tutulur) israrı doğru addım idi.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dumasının Müdafiə Komitəsinin rəhbəri Vladimir Şamanov deyib.

“ABŞ Türkiyəyə xəbərdarlıq etdi. Türkiyə NATO ölkəsidir. Orada Amerika silahlarının əsas alındığı standartlar tətbiq edilir. Türklər bizim sistemlərdə israr edərək doğru qərar verdi. Bu, gözlənilən idi”, – deyə Şamanov bildirib.

Rusiyalı deputat F-35-lərin alternativləri ilə bağlı hər hansı qərarın verilmədiyini əlavə edib.

Qeyd edək ki, ötən gün ABŞ Senatı S-400-lərə görə Türkiyəni F-35 layihəsindən kənarlaşdırmaqla bağlı qərarı təsdiqləyib.