Fransada sürücü avtomobilini insanların üzərinə sürüb, xəsarət alanlar var

09:38 | 30 İyun, 2019

Fransada sürücü öz minik avtomobili ilə kafeyə müştərilərin üzərinə sürüb.

hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bildirilir ki, 60 və 72 yaşlı qadınlar ağır xəsarətlər alıblar. Həmçinin avtomobilin sürücüsü də yaşlı olub.

Məlumata əsasən, hadisəyə səbəb sürücünün qaz və əyləc pedallarını qarışdırması olub.

//Trend