Rafael Ağayev II Avropa Oyunlarının gümüş medalını qazanıbbackend

Rafael Ağayev II Avropa Oyunlarının gümüş medalını qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 30-da “Minsk 2019” ikinci Avropa Oyunlarında karate yarışlarının sonuncu görüşündə Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) finalda ukraynalı Stanislav Horuna ilə üz-üzə gəlib.

görüşdə məğlub olan R.Ağayev ikinci Avropa Oyunlarında Azərbaycanın aktivinə 10-cu gümüş medalı yazdırıb. Bu, Azərbaycan millisinin “Minsk 2019″da 28-ci medalı olub. Bu medalların 5-i qızıl, 10-u gümüş, 23-ü isə bürüncdür.

R.Ağayev qrup mərhələsindəki birinci görüşdə britaniyalı Co Kellaueyi 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. İkinci qarşılaşmada türkiyəli Erman Eltemuru minimal hesabla məğlub edən karateçimiz sonuncu görüşdə macarıstanlı Qabor Harspataki ilə xalsız heç-heçə edib. Bununla da qrupu birinci sırada başa vuraraq yarımfinala yüksələn R.Ağayev finala vəsiqə uğrunda qarşılaşmada estoniyalı Pavel Artamonova 2:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, beşqat dünya, onqat Avropa çempionu olan Rəfael Ağayev iki dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb.

 

Azərbaycan yığmasının karateçisi Rafael Ağayev və Firdovsi Fərzəliyev Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının yarımfinal döyüşünü keçiriblər.

75 kq çəki dərəcəsində çıxış edən R.Ağayev estoniyalı Pavel Artamonovla üz-üzə gəlib. Qələbə qazanan R.Ağayev finala vəsiqə əldə edib. O, həlledici görüşdə ukraynalı Stanislav Horuna ilə qarşılaşacaq.

Qeyd edək ki, bir qədər əvvəl 60 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Firdovsi Fərzəliyev  Rusiya təmsilçisi Yevgeni Plaxutinə qalib gəlib. O, həlledici görüşdə Kalvis Kalninslə (Latviya) üz-üzə gələcək.