İraqın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

00:01 | 1 İyul, 2019

bu barədə Türkiyə XİN-nin rəsmi nümayəndəsi Hami Aksoy bildirib.

Aksoy bildirib ki, Türkiyənin İraqın şimalında PKK terror təşkilatına qarşı həyata keçirdiyi antiterror əməliyyatlarında guya mülki əhalinin zərər çəkməsi barədə deyilənlər həqiqəti əks etdirmir və Ankara bunu qəbuledilməz sayır.

Onun sözlərinə görə, bu cür bəyanatlar ikitərəfli münasibətlərdə müsbət dinamikaya ziddir:

“Qeyd edilib ki, Türkiyə İraqın suverenliyinə böyük əhəmiyyət verir və bu əsasda bölgəni terroristlərdən azad etməsını vacib hesab edir”.

Mövzunu Facebookda şərh et