Ruhani ABŞ-a: “Niyə regionda odla oynayırsız?”

15:05 | 3 İyul, 2019

ABŞ regionda “odla oynamağ”a 1 il əvvəl başlayıb.

bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

H.Ruhani ABŞ-a xitabən bildirib: “Odla oynamağın təhlükəli olduğunu deyirsinizsə, nə üçün regionda odla oynamağa başlayıbsız? Siz onu söndürə bilərsiniz”.

İran prezidenti ABŞ-ı BMT Təhlükəsizlik Şurasının qərarlarına qayıtmağa çağırıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatının artmasına sərt reaksiya verərək bildirmişdi ki, “İran odla oynayır”.

//Trend