Bakıda fəhlənin başına daş düşdü

12:26 | 4 İyul, 2019
Bu gün səhər Bakıda bədbəxt hadisə baş verib.
Editor.az Trend-in məlumatına görə, hadisə Bakıxanov qəsəbəsindəki “Uğur-2” yaşayış kompleksində qeydə alınıb.
Həmin binanın yenidənqurma işlərində çalışan Rauf Cabbarovun başına daş düşüb. Müxtəlif dərəcəli xəsarətlər alan fəhlə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Travmatologiya şöbəsinə yerləşdirilən R.Cabbarova başın travması, döş qəfəsinin xəsarəti və çiyinin əzilməsi diaqnozu qoyulub.