“Yuventus” heyətini sabiq qapıçısı ilə gücləndirməyə hazırlaşır.
Editor.az goal.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi qapıçı Canluici Buffonla razılıq əldə edib.
Klubun rəsmi “Tvitter” hesabı Buffonun tibbi müayinədən keçmək üçün Turin şəhərinə gəldiyini yazıb.
2001-2018-ci illərdə “Yuventus”da çıxış edən Buffon, ötən yay PSJ-yə transfer edilmişdi. O keçmiş klubuna Fransa çempionu və superkubokun qalibi kimi qayıdıb.