backend

Putin: “Reallıqdakı Tramp efirdəkindən çox fərqlənir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin “G-20” sammiti çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib ki, həyatdakı Tramp televiziya efirlərindəkindən çox fərqlidir.
Putin danışıqların nəticəsində Tramla şəxsi münasibətlərin qurulduğunu vurğulayıb.
“Fikrimcə, əgər biz ünsiyyətimizi bu cür davam etdirsək, çox güman ki, münasibətimizi lazım olan səviyyədə bərpa etmiş olacağıq”, – deyə Rusiya prezidenti qeyd edib.
Dövlət başçısının sözlərinə görə, Tramp həmsöhbətini çox adekvat qəbul edir və verilən suallara cəld verir.
 
//APA