Evli qadın 3 uşağını atıb, dayısı oğlu ilə Rusiyaya qaçdı – Təfərrüat

14:20 | 5 İyul, 2019
Xəbər verdiyimiz kimi, Azərbaycanda ailəli qadın evdən qaçıb. Hadisə iyulun 2-də İsmayıllı rayonunda baş verib.
Belə ki, 3 uşaq anası olan qadının başqa kişi ilə gizli eşq yaşadığından xəbər tutan əri onu atasının evinə göndərib. Xəyanəti üzə çıxan qadın azyaşlı uşaqlarını ataraq münasibətdə olduğu şəxsə qoşulub qaçıb.
Yeni məlumata görə, qadının qoşulub qaçdığı şəxs dayısı oğludur. Onlar uzun müddət gizli eşq yaşayıblar.
Adı açıqlanmayan kişi Rusiyada işləyir, əvvəllər ailəli olub, iki uşaq atasıdır. O, bu yaxınlarda Azərbaycana gəlib. Hadisə baş verən gün gizli aşiqlər əvvəl Bakıya, daha sonra Rusiyaya gedibər.
///Azvision.az
Mövzunu Facebookda şərh et