backend

Merkel: Ərdoğanla danışıqlar Almaniya və Türkiyə arasında dərin fikir ayrılıqlarını ortaya çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla keçirilən danışıqlar Berlin və Ankara arasında dərin fikir ayrılıqlarını ortaya çıxarıb. Bu barədə Almaniya kansleri Angela Merkel Hamburqda keçirilən G-20 sammitinin yekunlarından danışarkən bildirib.
“İkitərəfli danışıqlar aramızda dərin fikir ayrılıqlarının olduğunu üzə çıxartdı”, – deyə kansler bildirib. Bununla belə Merkel Türkiyənin və şəxsən Ərdoğanın sammitin işində fəal iştirak etdiyini qeyd edib: “Biz qaçqınlar və miqrasiyaya dair məsələlər üzrə Türkiyənin səylərini qiymətləndirdik”, – deyə o qeyd edib.
//APA