backend

“Adjara” PS nəşri Alxanlıdakı hadisələrdən yazıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Acarıstan Muxtar Respublikasının “Adjara” PS qəzeti Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin öldürülməsi faktı ilə bağlı məlumat dərc edib.
Lent.az-ın xəbərinə görə, məlumatda qeyd olunur ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həlak olub, digər mülki şəxs yaralanıb və mülki obyektlərə xeyli dərəcədə ziyan vurulub: “Ermənistanın belə təcavüzkar siyasəti terrorun bəşəriyyət üçün əsaslı təhlükəyə çevrildiyi bir zamanda onların terrorçu mahiyyətini bir daha sübut edir”.