“Partizani”nin məşqçisi hamını stadiondan çıxardı – “Qarabağ”ın “casusları”…

15:10 | 8 İyul, 2019

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iyulun 10-da Trinada “Qarabağ”la qarşılaşacaq “Partizani”nin dünənki məşqində maraqlı hadisə baş verib.

Editor.az qol.az-a istinadən xəbər verir ki,komandanın baş məşqçisi Franko Lerda hazırlığın son bölümündə “Kamza” stadionunda olan azarkeşlər və KİV nümayəndələrinin hamısının bayıra çıxarılmasını tələb edib. Yerli mətbuat iddia edir ki, italiyalı mütəxəssis “Qarabağ” nümayəndələrinin stadionda ola biləcəyindən və “Partizani” ilə bağlı məlumat toplayacağından ehtiyatlandığı üçün bu addımı atıb.

Qeyd edək ki, “Partizani” – “Qarabağ” oyunu iyulun 10-da “Selman Stermasi” stadionunda keçiriləcək və Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra “Dalğa Arena”da olacaq. Həmin görüş isə yerli vaxtla 21:00-da start götürəcək.