backend

Azərbaycan əleyhinə olan qərəzli qətnamə rədd edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsi isveçli deputatın Azərbaycan əleyhinə olan qətnamə layihəsini müzakirə etmiş və plenar iclasa tövsiyyə etmişdi.
Bu gün ATƏT PA-nın Minskdə keçirilən yay sessiyasının plenar iclasında bitərəfli və qərəzli qətnamə böyük səs çoxluğu ilə rədd edilib.
Bu, Azərbaycan nümayəndə heyətinin apardığı gərgin iş sayəsində mümkün olub.
bu barədə ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev “Twitter” hesabında yazıb. Azay Quliyev bu işdə əməyi olan həmkarlarına təşəkkür edib.
Qeyd edək ki, Şərqi Avropada vəziyyət haqqında qətnamə layihəsində “Rusiyada, Belarusda və Azərbaycanda demokratik inkişafın pisləşməsindən, insan hüquqlarının davam edən və çoxalan pozuntularından, həmçinin siyasi müxalifətin, vətəndaş cəmiyyətinin, jurnalistlərin və digər azadlıq müdafiəçilərinin ağır vəziyyətindən qayğı” bildirilirdi.
İsveçli deputat Kristian Holm-Barenfeldin müəllifi olduğu bu qətnamə Azərbaycan, Rusiya və İsveçrə nümayəndələri tərəfindən kəskin tənqid edilmişdi. Bu gün plenar iclasda isə tam rədd edildi.
 
//AzVision.az