Bakıda polis avtomobili qəza törətdi – FOTO

12:23 | 9 İyul, 2019
Bakıda növbətçi hissəyə aid polis avtomobili qəza törədib.
AZXEBER.COM “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Əlövsət Quliyev küçəsində qeydə alınıb.
Belə ki, Təbriz Xəlilbəyli küçəsindən Əlövsət Quliyev küçəsi istiqamətində hərəkət edən polis avtomobili qarşı tərəfdən gələn avtomobillə toqquşub.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillər əzilib.