“Geyləri və lezbiyanları öldürmək lazımdır” — İlqar Mikayıloğlu

12:39 | 9 İyul, 2019

Aparıcı İlqar Mikayıloğlu qalmaqallı “Facebook” statusu yazıb.

o, dijital oyunlardan birinin “screenshot”unu paylaşaraq, istehsalçı şirkətin LGBT-yə (Lezbiyan, Gey, Biseksual və Transseksual) dəstək verməsindən narahatlıq keçirdiyini bildirib:
“Görün, geylər və lezbiyanlar nə qədər yayılıb ki, məşhur oyunlar belə aksiya keçirir. Belələrini qırmaq lazımdır”.
Qeyd edək ki, hazırda cinsi azlıqlarla bağlı bir neçə ölkədə LGBT qürur ayı qeyd edilir və aksiyalar keçirilir. Bir neçə həftə öncə isə Əməkdar artist Röya Ayxan, müğənni Eldar Qasımov, eks-aparıcı Günel Hümbətova və stilist Anar Ağakişiyev cinsi azlıqlara dəstək paylaşımları etmişdilər.