Bakıda yol qəzası: qadın öldü

15:29 | 9 İyul, 2019
Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Editor.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunun Z.Bünyadov prospektində baş verib.
Bakı şəhər sakini E.Əmrəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Püstə Cəfərovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Nərimanov RPİ tərəfindən araşdırma aparılır.