backend

Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyəyə səfərə gəlib 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün iyulun 9-da Türkiyə Respublikasına səfərə gəlib.
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.
Azərbaycan Prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşıladılar.
 
//AZƏRTAC