Azərbaycanda növbəti mikroavtobus qəzası: 6 yaralı var – ADLAR – FOTO

14:01 | 10 İyul, 2019

Şəki şəhərində günorta saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

qəza saat 12 radələrində şəhərin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb. Mikroavtobusun idarətməni itirərək aşması nəticəsində 3-ü azyaşlı olmaqla 6 nəfər xəstəxanaya çatdırılıb.

Onlar – mikroavtobusun sürücüsü döş qəfəsinin küt travması diaqnozu ilə gətirilən 1989-cu il təvəllüdlü Rüstəmov Anar Elyar oğlu, 1966-cı il təvəllüdlü İsayeva Nüşabə Camal qızı, alın nahiyəsinin hematoması diaqnozu ilə daxil olan əslən misirli, 1960-cı il təvəllüdlü Aşraf Cəlal Saat oğlu, qızı 2007-ci il təvəllüdlü Selcan Cəlal,  2002-ci il təvəllüdlü Canəliyeva Aytən Xalid qızı və 2010-cu il təvəllüdlü Hacıyeva Ayan Pərcin qızıdır.

Xəstəxanadan verilən məlumata görə, azyaşlıların heç biri ciddi xəsarət almadığından ambulator müalicəyə yola salınıblar, şəxslər isə stasionar müalicə alınırlar.

//Trend