backend

Kərəm Həsənovun əmisi oğlu vətəndaşı ölümcül döydürdü – ŞOK İDDİA FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məmur özbaşınalığı və məmur qohumlarının harınlığı haqda mediada dəfələrlə yazılıb. Ölkə rəhbəri də bir neçə dəfə öz çıxışlarında bu mövzuya toxunmağa məcbur olub və əlində olan səlahiyytdən sui istifadə edən şəxslərə sərt xəbərdarləq ünvanlayıb.
Amma təəssüflər olsun ki, reallıq durumun dəyişmədiyini göstərir. Növbəti belə bir özbaşınalıq haqda cumhuriyyet.az-a Biləsuvar rayon Ovçubərə kənd sakinləri İmanov Əbdül Gürşad oğlu və onun həyat yoldaşı Eyniyeva Gülsabah Havarxan qızı məlumat verib. Onların ölkə rəhbərliyinə və redaksiyamıza ünvanladıqları məktubda ağlasığmaz vandalizmdən bəhs olunur.
Onlar öz məktublarında Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun doğma əmisi oğlu Kamal Nurməmməd oğlu Həsənov və onun yaxın quldur dəstəsinin əməllərindən bəhs edir. Valideynlərin övladlarının vəhşicəsinə döyülməsi ilə bağlı ycumhuriyyet.az-a yazdıqlarını və fotoşəkli olduğu kimi diqqətinizə çatdırırıq: “ Kamal Həsənov ağzına harda gəld, ictimayyət içində deyirki mənim əmim oğlu nəinki cənub regionunda hətta belə hakimiyyət daxilində böyük nüfuz və söz sahibidir. Nə qədərki mərkəzi aparatda mənim əmim oğlunun canı sağdır yəni tilsimi sındırılmayıb bizim cinayətlərimiz bu dövlətdə sərhəd tanımayacaq. Deməli bu yaxınlarda, yəni 29-u iyun 2017-ci il tarixdə Kamal Həsənov Biləsuvar rayonuna məxsus Acı adlanan qış otlaq sahasində zəbt etdiyi təxminən 200 H-dan (iki yüz) hektardan artıq torpaq sahəsinin üzərində qeyri-qanuni inşa olunan ferma obyektinin yaxınlığında bizim övladımız İmanov Əhlimanı çobanlarına yəni həmkəndlilərim Zalıyev Cavid və Zalıyev Hüseyn Əhmədxan oğlanlarına öldürülməsini sifariş vermiş, nəticədə oğlumuz açıq vandalizmə məruz qalaraq, vəhşicəsinə ölümcül döyülərək sahibsiz atılmışdır.Sonradan biz məlumat tutduqda özümüz dərhal şəxsi avtomobilimiz ilə yaralını rayon mərkəzi xəstəxanasına çatdırdıq.Həkimlərin göstərdikləri ciddi səyi nəticəsində övladımız ölümdən geri dönmüşdür. Lakin buna baxmayaraq oğlumuzun səhhətində müəyyən ciddi problemlər qalmaqdadır. Bildiririk ki,bu şəxs yəni Kamal Həsənov hələ bu törətdiyi cinayətdən öncə bizi və ailə üzvlərimi yaxın ətrafı vasitəsilə təqib,təhdid elətdirərək hədələtdirməklə öz vəzifə səlahiyyətlərindən yetərincə istifadə edərək mənə məxsus 100 ha torpaq sahəmi başqa niyyətlə ələ keçirmişdir. Hələ bu azmış kimi bu şəxs öz bahalı avtomobilləri ilə mütəmadi formada həftənin şənbə,bazar günləri özünə məxsus fermaya gələrək,özü ilə gətirdiyi müxtəlif növ çaplı silahlardan müəyyən istiqamətlərə atəş açaraq öz gücünü nümayiş etdirməklə orada olan insanları və azyaşlı uşaqları qorxu altında saxlayır.Demək olarki ərazi döyüş meydanını xatırladır. Hazırda bu şəxs törətdiyi cinayətlərin cavabsız qaldığını görərək yeni cinayətlərin ssenarisini cızmaqdadır. İndidə yaşadığımız kəndin Mahmudçala adlanan ərazisi ilə həmsərhəd olan əhalinin mal otlaq sahəsini zorla ələ keçirdərək dinc vətəndaş kütləsini hakimiyyət üzərinə qaldırmaqla məşğuldur. Bir sözlə bu harın və rüşvətxor məmurun törətdiyi analoqu olmayan cinayəti əməlləri yazmaqla qurtara bilmərik”.
//cumhuriyyet.az