Kəmalə Müzəffər 29 il əvvəlki toyundan FOTO yaydı

23:36 | 10 İyul, 2019

Eməkdar artist Kəmalə Müzəffər illər əvvəl olan toyunun fotosunu bölüşüb.

Editor.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa toy xatirələrini bölüşüb:

“1990-cı il, iyul… Çox isti idi. Əlimi uzadıb su içmək istəyən kimi anam kənardan tərs-tərs baxırdı. Qorxudan əlimi çəkirdim. Toyun sonuna kimi sakitcə, dinməz-danışmaz, susuzluqdan yana-yana oturdum. Toyun sonunda “Vağzalı” ilə bizi yola salanda anama baxdım, çox xoşbəxt idi. Çünki onun istədiyi kimi gəlin olmuşdum: başıaşağı, dinməz, tərpənməz. Elə mən özüm də xoşbəxt idim, anamı razı saldığım üçün. Çox sağ ol ana, qadağaların, olmazların məni mən etdi”.

Mövzunu Facebookda şərh et