Avropa Liqası: “Neftçi” Moldova səfərində

11:46 | 11 İyul, 2019

Avropa Liqasında ölkəmizi təmsil edən “Neftçi” bu gün mübarizəyə başlayacaq.

Roberto Bordinin komandası 1-ci təsnifat mərhələsinin  ilk oyununda Moldovanın “Sperantsa” klubunun qonağı olacaq. Bir neçə ildir Avroliqada uğursuz çıxış edən paytaxt təmsilçisi buna son qoymağa çalışacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 18-də Bakıda keçiriləcək. Mərhələni adlayan tərəf Rusiyanın “Arsenal” (Tula) klubu ilə qaşılaşacaq.

11 iyul

Avropa Liqası, I təsnifat mərhələsi

İlk oyunlar

21:00. “Sperantsa” (Moldova) – “Neftçi” (Azərbaycan)
Baş hakim: Tim Marşal (Şimali İrlandiya)

Kişinyov, “Zimbru” stadionu

//Qol.az