Bakıda dəhşət: 28 yaşlı gənc özünü pəncərədən atdı

16:00 | 11 İyul, 2019
Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.
Editor.az APA-ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb.
Özünü 5-ci mərtəbədən atan O. Ağayev hadisə yerində ölüb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.