Azərbaycanın Almaniyadakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır

19:33 | 11 İyul, 2019

Prezident İlham Əliyev Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

sərəncama əsasən, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

//AZƏRTAC