Bakı metrosunda qatarda problem yaranıb

09:26 | 12 İyul, 2019

Bakı metrosunda qatarda problem yaranıb.

bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hadisə bu gün səhər saat 07:59-da “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkətdə olan qatarda baş verib:

“İnşaatçılar” stansiyasında dayanan qatarın qapılarından birində problem yaranıb. Problem aradan qaldırılıb və qatar xətt üzrə hərəkətini davam etdirib. Yaranmış texniki nasazlıq səbəbindən qatarların intervalında 5 dəqiqə gecikmə yaranıb”.

//Trend