Əli Əhmədov ABŞ-da səfərdədir

11:32 | 12 İyul, 2019

Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ABŞ-a işgüzar səfərə gedib.

səfərdə məqsəd iyulun 15-də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə hesabatı BMT-yə təqdim etməkdir.

Konfrans BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında keçiriləcək.

Bu, Azərbaycanın təqdim edəcəyi sayca ikinci hesabatdır.

//Trend