Azərbaycanda 3 yaşlı uşağı “tok” vurub öldürdü

11:34 | 12 İyul, 2019

İmişli rayonunda 3 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.

Editor.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Məmmədli kəndində baş verib.

Belə ki, 2016-cı il təvəllüdlü Həşimli Aylin Rəvan qızı yaşadığı evin həyətində oynayarkən ehtiyatsızlıqdan su quyusunda olan nasosa gələn elektrik xəttinə toxunub. Bu zaman onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.