S-400 komplekslərinin Türkiyəyə gətirilməsinə başlanılıb

14:51 | 12 İyul, 2019

S-400 zenit-raket komplekslərinin komponentlərinin Rusiyadan Türkiyəyə çatdırılmasının birinci mərhələsi başlayıb.

bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, kompleksin hissələri Ankaraya çatdırılacaq.

Qeyd edək ki, bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan S-400-lərin yerləşdiriləcəyi mövqelərin müəyyən ediləcəyini demişdi. Bildirmişdi ki, komplekslər Türkiyəyə ləngimədən çatdırılacaq.