Toyuna 1 gün qalmış nişanlısını hamamda… – Qan donduran olay- FOTOLARbackend

Toyuna 1 gün qalmış nişanlısını hamamda… – Qan donduran olay- FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Bursa şəhərində baş verən hadisə eşidənləri dəhşətə gətirir.

25 yaşlı Songül adlı qız toylarından bir gün əvvəl gəlinliyini almaq üçün nişanlısı Yasinin evinə gedib. Verilən məlumata görə, toydan sonra yaşayacaqları ev mövzusunda mübahisələri yaranıb və 32 yaşlı Yasin hamamda nişanlısı döyüb, gənc qız aldığı zərbələrdən huşunu itirib və yerə yıxılıb.
Hadisədən sonra evdən çıxan və 20 dəqiqədən sonra qayıdan Yasin nişanlısının hələ də qalxmadığını görüb. Polisə xəbər verən oğlan nişanlısının hamamda yıxıldığını bildirib. Lakin ilkin araşdırmalardan sonra o cinayəti etiraf edib.

Xəstəxanaya aparılan gənc qız hadisədən 1 gün sonra – toy günü həyatını itirib.