İrəvan AB-dən uzaqlaşır: İxracat kəskin azaldı

23:04 | 12 İyul, 2019

Ermənistandan Avropa Birliyi ölkələrinə ixracat cari ilin ilk 6 ayında 227,7 milyon dollar təşkil edib.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Statistika Komitəsi yayıb. Bununla da Ermənistanın AB-yə ixracatı keçən ilin analoji dövrüylə müqayisədə 73 milyon dollar və ya 24,3% azalıb.

İxracatın azalmasının əsas səbəbi kimi Rumıniyaya Ermənistandan ixracatın tam dayanması, eləcə də Almaniyaya ixracatın 56,1%, Bolqarıstana 34,8%, Finlandiyaya 27,8%, Avstriyaya 22,4%, İspaniyaya 14,8%, Belçikaya 13,3% azalması göstərilib.

2019-cu ilin ilk altı ayı ərzində AB-dən Ermənistana idxalda da geriləmə müşahidə edilib. Geriləmə 11,1% və ya 393 milyon dollar təşkil edib.