backend

"Heç kimə güzəşt nəzərdə tutulmayıb" – Məleykə Abbaszadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət qulluğuna imtahan sistemində heç kimə güzəşt nəzərdə tutulmayıb, imtahanda iştirak edənlər biliklərinə əsasən bal toplayırlar”.
bunu Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət Qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, hər bir vəzifə və ixtisasla bağlı tələbi müvafiq dövlət orqanı qoyur: “Hansı dövlət qurumunda vakansiya varsa, təbii ki, orada kimsə müddətli müqavilə ilə işləyir. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar ilə həmin vəzifəyə daxil olan şəxs gəlib öz vəzifəsinə başlayanda, qəbul edirəm ki, rəhbər vəzifədə olan şəxslərin tələb etdikləri həmin şəxs olmaya da bilər. Amma, imtahanla gələn şəxslərdən hər şeyi tələb etmək doğru deyil, onlar da işləyib təcrübə qazanmalıdır”.
Sədrin sözlərinə görə, vakansiyanı yeni işçi gələnə qədər müqavilə əsasında kimsə tutubsa, bu artıq rəhbərdən asılıdır: “Əgər rəhbər imtahanla yeni gələn şəxsi istəmirsə, təbii ki, həmin şəxs işə adaptə ola bilməyəcək, 6 aydan sonra ərizə yazıb işdən çıxacaq”.
Qeyd edək ki, M.Abbaszadə bu fikirləri Lənkəran Ağır Cinayətlər Məhkəmənin sədri N.Əliyevin “Dövlət Qulluğu Komissiyasının qurumlara göndərdiyi mütəxəssislər çox vaxt özlərini doğrultmurlar. Təcrübələri olmur, başqa sahədən gəlirlər, gəlib dözə bilmirlər, bir müddət sonra özləri ərizə yazıb gedirlər. İmtahan zamanı bizdə müqavilə ilə işləyən şəxslərə hər hansı güzəştin edilməsi mümkündürmü?” – sualına cavab olaraq deyib.
 
// report