backend

Gəncədə 4 yaşlı uşağın üzərinə samovar aşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində 4 yaşlı uşağın üzərinə qaynar su ilə dolu olan samovar aşıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami rayonu ərazisində baş verib.
Belə ki, şəhər sakini, 2013-cü il təvəllüdlü Abülfətli Abbas Ramin oğlunun üzərinə qaynar su ilə dolu olan samovar aşıb.
Müxtəlif dərəcəli yanıq xəsarətləri alan uşaq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.