Çempionlar Liqasında cavab oyunları başlayırbackend

Çempionlar Liqasında cavab oyunları başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün  Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

ilk oyun günündə 6 görüş keçiriləcək.  Bu gün “Saburtalo” “Şerif”i qəbul edəcək. Səfər matçında 3:0 hesabı ilə qalib gələn Gürcüstan klubu üstünlüyünü qorumağa çalışacaq.  “Qarabağ” ÇL-də Albaniyanın “Partizani” klubunu mübarizədən kənarlşadırmağı bacarmasa, Avroliqanın 2-ci təsnifat mərhələsində  “Saburtalo” – “Şerif” cütününün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “Qarabağ” – “Partizani” və digər 10 görüş sabah keçiriləcək.

16 iyul

Çempionlar Liqası, I təsnifat mərhələsi, cavab oyunları

19:00. “Şkendiya” (Makedoniya) – “alyu” (Estoniya)
İlk oyun – 1:0

21:30. “Saburtalo” (Gürcüstan) – “Şerif” (Moldova)
İlk oyun – 3:0

22:00. “HB Torshavn” (Farer adaları) – HİK (Finlandiya)
İlk oyun – 0:3

22:00. “Valletta” (Malta) – “Düdelanj” (Lüksemburq)
İlk oyun – 2:2

22:45. “Ferronikeli” (Kosovo) – TNS (Uels)
İlk oyun – 2:2

22:45. “Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva)
İlk oyun – 0:0.

//Qol.az