backend

Baş nazir: "Türkiyə, Gürcüstan və Azərbaycan regional əməkdaşlığın önəmini dünyaya nümayiş etdirdi"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Regional əməkdaşlığın nə dərəcədə önəmli olduğunu Azərbaycan və Gürcüstanla birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri ilə dünyaya nümayiş etdirdik”.
bunu Türkiyə baş naziri Binəli Yıldırım İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib.
Baş nazir deyib ki, hazırda 3 ölkə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində TANAP layihəsini həyata keçirir: “TANAP-ın gələn il istifadəyə verilməsi ilə Türkiyə hər il Azərbaycandan əlavə olaraq 6 milyard kubmetr qaz alacaq. 2020-ci ildən etibarən isə TANAP vasitəsilə Avropaya 10 milyard kubmetr qaz ixrac olunacaq. Azərbaycan qazının daha sonra “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan TAP vasitəsi ilə Avropaya çatdırılması mümkün olacaq”.
 
//APA