backend

Alxanlıdakı erməni təxribatı Türkiyə televiziyalarının diqqətində-FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin təmas nöqtəsindəki son təxibatları Türkiyə mediasının xüsusi diqqətindədir. Qardaş ölkənin TRT Haber və Kanal 24 Televiziyaları iyulun 4-də 5-ə keçən gecə Ermənistanın ağır silahlardan etdiyi hücum nəticəsində Füzuli rayonunda iki azərbaycanlı mülki şəxsin – bir qadın və iki yaşlı körpənin qətlə yetirməsindən bəhs edən reportajlar yayınlayıblar. Reportajlarda Ermənistanın heç bir hərbi obyektin olmadığı kəndi ağır silahlarla atəşə tutmaqla dinc əhalini və mülki obyektləri hədəf götürdüyü vurğulanıb. Proqramlarda xüsusilə qeyd olunub ki, Ermənistanın bu xain addımı Azərbaycanda xalq tərəfindən böyük qəzəblə qarşılanıb. Türk jurnalistlər beynəlxalq təşkilatların bu hadisəyə qarşı səssiz münasibətini ikili standart kimi qiymətləndiriblər.
TRT Haber və Kanal 24 Televiziyalarında yayınlanan proqramların canlı efirinə qoşulan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Alxanlı kəndində 2 yaşlı uşaq və qadının qətlə yetirilməsi Ermənistan və onun cinayətkar rəhbərliyinin terrorçu kimliyini ortaya qoyan növbəti faktdır. F.Şahbazlı çıxışında vurğulayıb ki, 25 il bundan öncə Xocalıda uşaq, qadın, yaşlı bilmədən soyqrım həyata keçirən Ermənistan və onun uşaq qatili adını qazanmış rəhbəri Sarkisyan bugün də özünün cinayətkar fəaliyyətini davam etdirərək dinc əhalini hədəf seçməkdədir.