Xəzəri hasarlayanlara qarşı böyük plan — VİDEO

12:36 | 17 İyul, 2019

Abşeronda sahil boyu uzanan hasarlarlar söküləcək.

 

bununla bağlı səslənən tələblər artıq ilkin nəticələrini göstırib. Belə ki, dünən yayılan xəbərə görə, dənizə hasar çəkənlərdən biri “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli külli miqdarda cərimələnib.

Həmin cərimənin məbləğı açıqlanmasa da, qanunvericilikdə 50 min manat nəzərdə tutulub.

İctimai Televiziyanın problemlə bağlı hazırladığı materialda Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentinin əməkdaşı Bayram Həsənov bildirib ki, hasarların sökülməsilə bağlı sahibkarlara məlumatlar verilib.

“Yəqin ki, yaxın gələcəkdə kompleks işlər görüləcək. Bakı şəhər İcra Hakimiyyəti ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin və digər inzibati orqanların əməkdaşları da bu işdə iştirak edəcəklər”.

Həmi videonu təqdim edirik

//Yeni Sabah