Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır – RƏSMİ

14:33 | 17 İyul, 2019
Bakı şəhər Baş Polis İdarəsi sosial şəbəkələrdə Bakıda ərəb turistin qadını döyməsi ilə bağlı videomaterialla bağlı açıqlama yayıb.
İdarənin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Editor.az-a açıqlamasında bildirib ki, sosial şəbəkədə Nərimanov rayonunda ərəb turistin küçədə qadını döyməsi ilə bağlı yayılan məlumat RPİ-də araşdırılıb:
“Dəqiqləşdirilmədən yayılan videoməlumatda deyilənlər həqiqəti əks etdirmir, həmin yerdə ərəb olmayıb, sadəcə Azərbaycan vətəndaşları arasında telefonla yüksək səslə danışıq müşahidə olunub. Ərazi üzrə Nərimanov RPİ əməkdaşları yaxınlaşaraq vətəndaşları nizam-intizama dəvət edib”.