backend

Bakıda şəhid bulağı söküldü – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamalda “Şəhid bulağı” sökülüb. Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə ucaldılan bulaq-kompleksin yerində “Qarabağ” adlı kababxana-pivəxana açılıb. Obyektdə, eyni zamanda, mal əti satışı da həyata keçirilir.
Yasamal rayon icra başçısının səlahiyyətlərini müvəqqəti olaraq yerinə yetirən birinci müavini Səməd İslamov Oxu.Az-a açıqlamasında məsələ ilə bağlı göstərişlər verdiyini bildirdi:
“Şəhid bulağının sökülməsindən internetdə məlumat aldıq. Bu, bizi də narahat etdi. Artıq bu məsələnin araşdırılmasına başlamışıq. Nə baş verdiyini dəqiqləşdirdikdən sonra sizi məlumatlandıracağıq”.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” qaydalarının 3.1.4.bəndində bildirilir ki, Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin, habelə dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qorunması dövlət tərəfindən təşkil edilir.
//Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!