İrana pis xəbər: İngiltərə üçüncü gəmini də göndərir

00:10 | 18 İyul, 2019

İngiltərə Bəsrə körfəzinə üçüncü hərbi gəmini göndərir.

bu barədə İngiltərə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada göndərilən gəminin İranla yaşanan gərginliklə bağlı heç bir əlaqəsinin olmadığı vurğulanıb.

Qeyd edək ki, İngiltərə bundan öncə “Duncan” gəmisini “Montrose” hərbi gəmisini əvəz etmək üçün göndərəcəyini bəyan etmişdi. London həmçinin öz ticarət gəmiləri üçün xəbərdarlıq səviyyəsini maksimal həddə çatdırıb.

//Axar.az